Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-25,
Seanews
Heyder Eliyev

Autizmli uşaqlara dəstək qrupu gəmi-muzeydə olub

"Sağlam Həyatın Təbliği" İctimai Birliyinin autizmli uşaqlara dəstək qrupu ASCO-nun “Suraxanı” gəmi-muzeyinin qonağı olub.

Ekskursiya zamanı uşaqlara gəmi-muzey, eləcə də burada nümayiş olunan eksponatlar barədə ətraflı məlumat verilib. Balaca qonaqlar gəminin müxtəlif bölmələri ilə yaxından tanış olmaqla yanaşı, interaktiv oyunlarda da iştirak ediblər.

Ziyarətin təşkilində məqsəd uşaqların asudə vaxtının səmərəli təşkili, onların sosial inteqrasiyasına dəstək göstərilməsi və maarifləndirici mühitdə maraqlı vaxt keçirmələrinə şərait yaratmaq olub.

Bu təşəbbüs ASCO-nun Korporativ Sosial Məsuliyyət istiqamətində həyata keçirdiyi fəaliyyətlərin tərkib hissəsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır