Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-25,
Seanews
Heyder Eliyev

Ekoloji təmiz konteyner daşımalarında ilk birgə pilot layihə həyata keçirilir 

Almaniyanın gəmiçilik nəhəngi "Hapag-Lloyd" və logistika lideri "Kuehne+Nagel" tullantı əsaslı dəniz bioyanacaqlarından istifadə etməklə emissiyaların azaldılmasına yönəlmiş ilk birgə dayanıqlı daşıma təşəbbüsünü işə salıb.

"Seanews.az" xəbər verir ki, 2026-cı ilin aprel-dekabr aylarını əhatə edən  razılaşma çərçivəsində Şərqi Asiya və Şimali Avropa marşrutu üzrə təxminən 3 300 TEU həcmində yükün daşınması nəzərdə tutulur. Bu pilot layihə sayəsində emissiyaların quyudan pərədək ("well-to-wake") prinsipi ilə təxminən 2 979 ton karbon ekvivalentində azaldılması gözlənilir.

Proqram çərçivəsində RED III standartlarına uyğun, tullantı və qalıq xammallardan istehsal olunmuş 1 000 ton dayanıqlı dəniz yanacağı (SMF) istifadə ediləcək. Bu əməkdaşlıq "Hapag-Lloyd"un "Ship Green" proqramına əsaslanır və bron et və tələb et ("book-and-claim") modelindən  yararlanır. Bu sistem müştərilərə yanacağın fiziki olaraq məhz onların yükünü daşıyan gəmidə istifadə edilməsindən asılı olmayaraq, şirkətin donanmasında istifadə olunan bioyanacaq hesabına alınan emissiya qənaətini öz adlarına qeydə almağa imkan verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır