ASCO-nun gender bərabərliyi və dayanıqlı inkişaf sahəsində fəaliyyəti beynəlxalq platformalarda təqdim olunub
ASCO-nun gender bərabərliyi, inklüzivlik və dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi fəaliyyət bir sıra beynəlxalq tədbirlərdə təqdim olunub.
Şirkətin Dayanıqlı Əməliyyatların İdarəedilməsi üzrə direktorunun gender məsələləri və xüsusi həssas qruplarla iş üzrə müavini Bəhriyyə Həsənova-Qasımova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Dayanıqlı inkişaf – ailə, qadın və uşaq siyasəti” mövzusuna həsr olunmuş konfransda ASCO-nu təmsil edib. Tədbirdə gender bərabərliyi, uşaqların hüquqlarının müdafiəsi, məişət zorakılığına qarşı mübarizə və dayanıqlı inkişaf məsələləri müzakirə olunub.
ASCO eyni zamanda Bakı şəhərində keçirilən IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsində də təmsil olunub. Zirvə çərçivəsində mühəndislik, süni intellekt, enerji, kibertəhlükəsizlik və dayanıqlı inkişaf istiqamətləri üzrə panel müzakirələri keçirilib.
Tədbirlər zamanı ASCO-da inklüziv mühitin formalaşdırılması, gender bərabərliyi və xüsusi həssas qruplarla iş sahəsində həyata keçirilən layihələr barədə məlumat təqdim olunub, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.





