Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-25,
Seanews
Heyder Eliyev

Kruiz gəmisinin təxliyəsi başa çatdıqdan sonra daha çox hantavirusa yoluxma halı aşkar edilib

Göyərtəsində ölümcül hantavirus aşkarlanan "Hondius" ekspedisiya gəmisinin sərnişin və heyət üzvlərinin təxliyəsi mayın 11-də Tenerifedə yekunlaşıb.

"Seanews.az" xəbər verir ki, 122 nəfər (87 sərnişin və 35 heyət üzvü) öz ölkələrinin təşkil etdiyi repatriasiya reysləri ilə yola salınıb. Ümumdünya Səhiyyə Təşkilatı əlverişsiz hava şəraiti səbəbindən təxliyənin sürətləndirildiyini bildirib. Gəmidə test imkanları olmadığı üçün sərnişinlərin vəziyyəti uçuşdan əvvəl yalnız bədən temperaturu və zahiri simptomlar üzrə yoxlanılıb.

Təxliyədən sonra bəzi sərnişinlərdə hantavirusa yoluxma halları təsdiqlənib. Parisə çatdırılan bir fransalı qadının vəziyyəti uçuş zamanı kəskin pisləşərək kritik həddə çatıb. ABŞ-də isə bir nəfərdə test nəticəsi müsbət çıxıb, digər sərnişinlər nəzarət altına alınıb. Yoluxmuş şəxslərin uçuşlar zamanı təmasda olduğu insanların müəyyənləşdirilməsi məqsədilə araşdırmalara başlanılıb. Ekspertlər virusun inkubasiya dövrünün uzun olması səbəbindən yeni yoluxma hallarının istisna edilmədiyini bildirirlər.

Hazırda "Hondius" gəmisi göyərtəsindəki 25 heyət üzvü və iki tibb rəsmisi ilə Rotterdam limanına doğru hərəkət edir. Gəminin mayın 17-də limana çatması və orada tam sanitar təmizləmə prosesindən keçməsi planlaşdırılır. Heyət üzvləri isə Rotterdamda tibbi müayinədən keçirilərək karantinə alınacaqlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır