Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-25,
Seanews
Heyder Eliyev

ADDA-da gəmiçiliyin inkişafına dair seminar keçirilib

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Azərbaycanda gəmiçiliyin inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilib.

Ölkəmizdə dənizçilik təhsilinin 145 illiyinə və ADDA-nın 30 illik yubileyinə həsr olunan tədbirdə Azərbaycanın müxtəlif elm, təhsil və istehsalat müəssisələrinin aparıcı mütəxəssisləri, həmçinin Türkiyənin İstanbul Texniki Universiteti və Orta Doğu Texniki Universitetinin alimləri iştirak ediblər. Digər xarici ölkələrdən olan mütəxəssislər isə seminara onlayn formatda qoşulublar.

ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev gəmiçilik sahəsinin gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, təhsil ocağının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Məruzəçilər dənizçilik təhsilinin inkişaf tendensiyası, iqtisadiyyata bunun təsirləri, gəmiçilikdə süni intellektin tətbiqi və digər mövzularda çıxış ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır