Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-25,
Seanews
Heyder Eliyev

Türkiyədə gəmi agentlikləri haqqında yeni qaydalar qüvvəyə minib

Türkiyədə gəmi agentliklərinin fəaliyyət prinsipləri, maliyyə meyarları və heyətin ixtisas tələblərini yeniləyən "Gəmi Agentlikləri haqqında Əsasnamə" qüvvəyə minib.

“Seanews.az” xəbər verir ki, Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən hazırlanan bu yeni qaydalar dənizçilik sektorunda xidmət keyfiyyətini və şəffaflığı artırmağı, beynəlxalq standartlara uyğunluğu təmin etməyi hədəfləyir.

Yeni nizamnaməyə əsasən, Türkiyədə fəaliyyət göstərən gəmi agentlikləri fəaliyyət sahələrinə və səlahiyyət hədlərinə görə A, B və C siniflərinə bölünüb. Türkiyə boğazlarında (Bosfor və Çanaqqala) xidmət göstərən agentliklər üçün isə daha ciddi meyarlar müəyyən edilib. Şirkətlərin fəaliyyət göstərə bilməsi üçün nizamnamə kapitalının minimum həddi A sinfi üçün 5 milyon TL, B sinfi üçün 1 milyon TL, C sinfi üçün isə 500 min TL olaraq rəsmiləşdirilib.

Bundan əlavə, sektorda çalışan heyətin təlim, imtahan və sertifikatlaşdırma prosesləri yenidən təşkil edilib, səlahiyyət sənədlərinin dövri olaraq yenilənməsi və yoxlamaların rəqəmsal sistem üzərindən aparılması qərara alınıb.

14 may 2026-cı il tarixli “Rəsmi Qəzet”də dərc olunan əsasnamənin bəzi maddələri dərhal, digərləri isə 3 ay sonra qüvvəyə minəcək və bununla da 2012-ci ilə aid köhnə qaydalar tamamilə ləğv ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır