Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-25,
Seanews
Heyder Eliyev

“Suraxanı” gəmi-muzeyi dünyaca məşhur televiziyanın reportajında...

“Euronews” telekanalı Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı hazırladığı geniş reportajda “Suraxanı” gəmi-muzeyindən də bəhs edib. Videomaterialda gəmi-muzeyi vizual bir başlanğıc nöqtəsi, mövzuya giriş kimi seçilib. Vurğulanıb ki, dünyanın ilk tanker-muzeyinə çevrilən “Suraxanı” gəmisi bir vaxtlar Xəzərdə neft daşıyıb.

Dünyanın ən böyük gölündə suyun səviyyəsinin kəskin azalması, bunun ekosistemə təsirlərindən danışarkən Xəzərin flora və faunasına aid muzeydə sərgilənən eksponatların kadrlarından sitifadə olunub.

Qeyd edək ki, “Suraxanı” gəmi-muzeyi həmişə xarici medianın diqqətində olub. Dünyanın tanınmış media mənsubları muzeyi ziyarət edərək onun zəngin ekspozisiyası haqda maraqlı materiallar hazırlayıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır