WUF13 çərçivəsində “Gəmiçilik sektorunun şəhərlərin karbon izinin azaldılmasındakı rolu” mövzusunda infosessiya təşkil olunub
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZCON Holding-in stendində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) tərəfindən “Gəmiçilik sektorunun şəhərlərin karbon izinin azaldılmasındakı rolu" mövzusunda infosessiya təşkil olunub.
Sessiyada ekoloji dayanıqlı dəniz daşımaları, enerji səmərəliliyi, yaşıl texnologiyalar və əməliyyat yanaşmalarının şəhərlərin davamlı inkişafına töhfəsi barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, müasir gəmiçilik sektoru yalnız yükdaşımaların həyata keçirilməsi ilə məhdudlaşmır, eyni zamanda ətraf mühitə təsirin azaldılması, karbon emissiyalarının minimuma endirilməsi və “yaşıl” nəqliyyat həllərinin tətbiqi istiqamətində mühüm rol oynayır.
Tədbir iştirakçıları həmçinin AZCON Holding şirkətlərindən olan ASCO-nun bu istiqamətdə reallaşdırdığı cari layihələri və gələcək hədəfləri ilə yaxından tanış olublar.






