Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-25,
Seanews
Heyder Eliyev

Malayziyadakı FSO-da xilasedici qayıq qəzası: üç nəfər ölüb

Malayziya sahillərində yerləşən “Sepat” FSO-da xilasedici qayıqda aparılan texniki baxış zamanı qəza baş verib. Nəticədə üç nəfər həlak olub, bir nəfər isə yaralanıb.

“Seanews.az” xəbər verir ki, hadisə zamanı dörd podratçı xilasedici qayığa baxış keçirmək üçün onun göyərtəsinə daxil olub. İlkin məlumata görə, trosun qırılması və ya qarmaq sistemində nasazlıq səbəbindən qayıq suya düşüb.

Zərərçəkənlər Kuala-Terenqqanu şəhərindəki xəstəxanaya çatdırılıb. Onlardan üçü xəstəxanada həyatını itirib, bir nəfərin isə vəziyyətinin nəzarətdə saxlanıldığı bildirilir.

Şirkət əvvəlcə hadisənin təlim zamanı baş verdiyini bildirsə də, sonradan qəzanın texniki xidmət işləri zamanı baş verdiyi təsdiqlənib.

Mütəxəssislər qeyd edirlər ki, xilasedici qayıqlar hündürlükdə yerləşdiyi və mürəkkəb mexaniki sistemlərə malik olduğu üçün gəmiçilikdə ən riskli avadanlıqlardan biri hesab olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır