Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-25,
Seanews
Heyder Eliyev

Hamburq limanında yük gəmisində baş verən yanğında 8 nəfər xəsarət alıb

Hamburq limanında yük gəmisində baş verən güclü yanğın nəticəsində səkkiz nəfər xəsarət alıb. Hadisə mayın 24-də limanın Kuhverderhafen hissəsindəki Grevenhofkai körpüsündə qeydə alınıb.

“Seanews.az” xəbər verir ki, yanğın gəminin arxa hissəsində yerləşən anbar sahəsində başlayıb. Ekipaj əvvəlcə alovu öz qüvvəsi ilə söndürməyə çalışsa da, sonradan hadisə yerinə təxminən 80 nəfərlik yanğınsöndürmə və xilasetmə qrupu cəlb olunub.

Xəsarət alanlardan biri hadisə yerində tibbi yardım alıb, digər yeddi nəfər isə xəstəxanaya çatdırılıb. Onlardan biri yanğınsöndürən, 6-sı isə ekipaj üzvüdür.

Almaniya mediasının məlumatına görə, yanğın “Jolyn” adlı, Niderland bayrağı altında üzən ümumi yük gəmisində baş verib. “Royal Wagenborg” şirkətinin istismar etdiyi gəmi həmin gün Böyük Britaniyanın Hall limanından Hamburqa gəlibmiş.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır