Gəmidə günəş enerjisi texnologiyası sınaqdan keçirilib
Təmiz enerji startapı “MarineSolar” “Rio Tinto” şirkətinə məxsus “RTM Cook” gəmisində “NanoDeck” adlı günəş enerjisi sisteminin sınaqlarını başa çatdırıb.
“Seanews.az” xəbər verir ki, şirkətin məlumatına görə, sistem bir neçə ay ərzində dənizdə güclü dalğa və külək şəraitində fasiləsiz işləyərək əməliyyat məlumatlarını ötürməyə davam edib.
“NanoDeck” gəmilərə sonradan quraşdırıla bilən fotovoltaik sistemdir və həm dənizdə, həm də limanda əlavə enerji istehsal etməklə yanacaq sərfiyyatını və emissiyaları azaltmağa hesablanıb. İlkin nəticələr sistemin bunker yanacağı sərfini azaltmaq potensialına malik olduğunu göstərib.
“MarineSolar” bildirib ki, hazırda texnologiyanın alternativ hərəkət sistemləri və aşağı emissiyalı yanacaq həlləri ilə inteqrasiyası da araşdırılır.


