Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-25,
Seanews
Heyder Eliyev

Zəhmət, təcrübə və məsuliyyətlə yoğrulan ömür yolu

Bəzi insanlar öz ömür yollarını sakit, təmkinlə gedir, lakin atdıqları hər bir addımda dərin iz qoyurlar. Belə örnək insanlardan biri bu gün ömrünün müdriklik çağını – 60 illik yubileyini qeyd edən İlqar Fikrət oğlu Əmirxanovdur.

İlqar Əmirxanov 1966-cı il iyunun 1-də Bakı şəhərində anadan olub. Onun dəniz nəqliyyatı sahəsinə gəlişi sadə bir vəzifə pilləsindən başlayıb. Orta təhsilini başa vurduqdan sonra, 1983-cü ildə “Xəzər Dəniz Yolları Xidməti”ndə 2-ci dərəcəli çilingər kimi işə düzəlib. İşin praktiki tərəfini öyrənən gənc İlqar, 1984-cü ildə o zamankı Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. Buradakı Qaldırıcı nəqliyyat, tikinti-yol maşınları və avadanlığı fakültəsini uğurla bitirərək, nəzəri biliklərini praktikada tətbiq etməyə başlayıb və özünü yüksəkixtisaslı mühəndis kimi təsdiqləyib.

Onun gəmiçilik sahəsinə bağlılığı illər keçdikcə daha da artıb. 2004-cü ildən  etibarən İlqar müəllim “Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu”nda 9-cu dərəcəli mühəndis-konstruktor kimi işə başlayıb və tezliklə öz dərin biliyi, zəngin təcrübəsi, işgüzarlığı ilə kollektivin rəğbətini qazanıb. Zəhmətsevərliyinin məntiqi nəticəsi olaraq, o, 2017-ci ildə İnstitutun baş mühəndisi vəzifəsinə təyin edilib. Səmərəli və vicdanlı fəaliyyəti rəhbərliyin diqqətindən yayınmayıb və o, ASCO-nun “FƏXRİ FƏRMAN”ı ilə təltif olunub.

Bu gün İlqar müəllim öz zəngin təcrübəsini və böyük enerjisini “ASCO Mühəndislik” MMC-nin baş mühəndisi olaraq dənizçilik sahəsinin inkişafına həsr etməkdədir.

Yubilyarı – hörmətli İlqar müəllimi əlamətdar tarix münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və məsuliyyətli işində yeni uğurlar diləyirik.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır