Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

Avropaya 2050-ci ilədək 65 CO₂ daşıyan gəmi lazım olacaq

Enerji məsləhət şirkəti “Xodus”un “CCUS infrastrukturunun inkişafı üzrə tədqiqat” adlı hesabatına görə, Avropanın genişmiqyaslı karbon tutma və saxlama (CCUS) hədəflərinə çatması üçün 2050-ci ilədək təxminən 65 CO₂ daşıyan gəmidən ibarət donanma və 33 liman infrastrukturu tələb olunur.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Hesabatda bildirilir ki, Avropada tutulmuş karbon emissiyalarının həcmi 2030-cu ildə 70 milyon ton/il (mtpa), 2050-ci ildə isə 320 mtpa səviyyəsinə çatacaq. Bu dövrdə boru kəmərlərinin genişlənməsi ilə daşımada gəmilərin payı 48%-dən 24%-ə düşsə də, dəniz yolu ilə daşınan CO₂ həcminin ildə 79 milyon tona qədər artacağı proqnozlaşdırılır.

Araşdırmaya görə, Avropada təxminən 850 liman təhlil edilib və onlardan 60-a yaxını CO₂-nin toplanması və dənizaltı saxlama sahələrinə daşınması üçün daha uyğun hesab olunub. Bu limanlar arasında Rotterdam, Humbersayd və Liverpul Bay kimi iri sənaye mərkəzləri də var.

Hesabatda qeyd olunur ki, 2030–2050 dövründə CO₂ daşınması üçün boru kəmərləri əsas yük axınlarını təmin edəcək, gəmilər isə çeviklik və regionlararası bağlantılar baxımından mühüm rol oynayacaq.

Mütəxəssislər bildirirlər ki, liman və nəqliyyat infrastrukturuna investisiyalar vaxtında həyata keçirilməsə, Avropanın karbon azaldılması hədəflərinə çatması çətinləşə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır