Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

ASCO-da Asiya İnfrastruktur İnvestisiya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov qonaqlara şirkətin fəaliyyəti, donanmanın yenilənməsi, rəqəmsallaşma və innovativ həllərin tətbiqi istiqamətində həyata keçirilən layihələr, həmçinin gələcək prioritetlər barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycanın nəqliyyat-logistika potensialı, xüsusilə dəniz nəqliyyatının inkişaf perspektivləri, eləcə də gəmiçilik sektorunda mövcud çağırışlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı biznes proseslərinin optimallaşdırılması, əməliyyat səmərəliliyinin artırılması, rəqəmsal transformasiya kimi məsələlər əsas diqqət mərkəzində olub və bu sahələrdə gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsinin əhəmiyyəti vurğulanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır