Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

Quş qripi Avstraliyada dəniz fili balalarının 76 faizinin ölümünə səbəb olub

Avstraliyanın Herd və Makdonald adalarında yüksək patogenli H5N1 quş qripinin yayılması nəticəsində 13 mindən çox dəniz fili balası ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliya Antarktika Bölməsi məlumat yayıb. Bildirilib ki, Herd adasında təxminən 17 min dəniz fili balasından 13 mini virusun qurbanı olub. Orta ölüm göstəricisi 76 faiz, bəzi koloniyalarda isə 97 faiz təşkil edib.

Tədqiqat rəhbəri Culi Makinnesin sözlərinə görə, bu, Avstraliya ərazisində H5N1 virusunun ilk aşkarlanmasıdır. Genetik analizlər virusun adalara Fransanın Krozet arxipelaqından vəhşi heyvanlar vasitəsilə gətirildiyini göstərib.

Araşdırmalar zamanı kral və papua pinqvinləri də daxil olmaqla bir neçə növdə H5N1 virusu aşkarlanıb. Alimlər bölgədə xəstəliyin vəhşi təbiətə ciddi təsir göstərdiyini bildirirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır