Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

Solomon Adaları beynəlxalq cinayətlərdə şübhəli bilinən gəmini saxlayıb

Solomon Adalarının polis, gömrük və miqrasiya orqanları beynəlxalq tərəfdaşlarla birgə əməliyyat zamanı transmilli mütəşəkkil cinayət fəaliyyətində şübhəli bilinən “MV Wealth” yük gəmisini saxlayıb.

“Seanews.az” xəbər verir ki, gəmi araşdırma aparılması üçün paytaxt Honiaraya gətirilib.

Məlumata görə, hüquq-mühafizə orqanları gəmini aprel ayından izləyirdi. Kəşfiyyat məlumatlarında onun narkotik və tütün qaçaqmalçılığı, eləcə də digər dəniz cinayətləri ilə əlaqəli ola biləcəyi qeyd olunurdu.

Beliz bayrağı altında üzən və 2010-cu ildə inşa edilmiş gəmidə olan 19 ekipaj üzvü saxlanılıb. Onların Çin, İndoneziya və Filippin vətəndaşları olduğu ehtimal edilsə də, ekipaj siyahısının tam olmaması səbəbindən hamısının şəxsiyyəti hələ təsdiqlənməyib.

İstintaq zamanı gəmi ilə əlaqəli olduğu bildirilən iki köməkçi qayığın yerinin məlum olmadığı müəyyən edilib. Hüquq-mühafizə orqanları həmin qayıqlardan qeyri-qanuni yüklərin Fici, Papua-Yeni Qvineya, Vanuatu və Avstraliyaya daşınması üçün istifadə edilmiş ola biləcəyini istisna etmir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır