Rusiya Qara dənizdə Türkiyəyə məxsus yük gəmisinə hücum edib, itki var
Ukrayna Hərbi Dəniz Qüvvələri və Ukrayna Dəniz Limanları Administrasiyasının məlumatına əsasən, iyunun 22-i səhər saatlarında Ukrayna limanına doğru üzən mülki yük gəmisi Rusiyanın hücumuna məruz qalıb.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Panama bayrağı altında üzən, Türkiyəyə məxsus “VICTRESS” quru yük gəmisi Qara dənizdə dronla vurulub.
Gəminin göyərtəsində Misir, Türkiyə və Hindistan vətəndaşlarından ibarət 9 ekipaj üzvü olub. Ukrayna hərbi dəniz qüvvələri xilasetmə əməliyyatı apararaq 8 nəfəri təxliyə edib. 58 yaşlı misirli aşpazın həlak olduğu bildirilib.
Hücum nəticəsində ciddi zədələnən və yanğın baş verən gəmi hərəkət qabiliyyətini itirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır




