Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

350 metrlik qazma platforması Bosfor boğazında gəmi hərəkətini pozub

İtaliyadan Rumıniyaya aparılan 350 metrlik qazma platformasının Bosfordan keçidi səbəbindən boğazda gəmilərin hərəkəti məhdudlaşdırılıb.

“Seanews.az” xəbər verir ki, Liberiya bayrağı altında üzən “PACIFIC DUCHESS” ofşor yedək gəmisi tərəfindən çəkilən qazma platforması Türkiyə vaxtı ilə saat 06:30 radələrində Bosfor boğazına daxil olub.

Keçid zamanı platformanı Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsinin yedək gəmiləri müşayiət edib. Təhlükəsiz keçidi təmin etmək məqsədilə Bosfor boğazında iki istiqamətli gəmi hərəkəti müvəqqəti olaraq dayandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır