Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

ASCO-nun kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbərliyi və əməkdaşları 25 İyun – Dənizçi Günü münasibətilə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Dənizçilər görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüblər.

Daha sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanların əziz xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır