Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

Yunanıstanda sərnişinin dənizə düşməsindən sonra kruiz gəmisinin kapitanı saxlanılıb

Yunanıstanın Korfu limanında baş verən insidentdən sonra Baham adaları bayrağı altında üzən beynəlxalq kruiz gəmisinin kapitanı saxlanılıb.

“Seanews.az” xəbər verir ki, hadisə güclü külək nəticəsində gəmini körpüyə bağlayan kəndirlərin qırılması zamanı baş verib. Həmin vaxt sərnişinlər sahildən gəmiyə qayıdırdı. Kəndirlər qırıldıqdan sonra trap yerindən tərpənib və Yeni Zelandiya vətəndaşı olan 56 yaşlı qadın sərnişin tarazlığını itirərək dənizə düşüb.

Ekipaj və liman işçilərinin operativ müdaxiləsi nəticəsində qadın sudan çıxarılıb. O, üz və bədən nahiyəsindən yüngül xəsarətlər alıb və təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

56 yaşlı italiyalı kapitan hadisə ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılıb. Ona qarşı sərnişini həyati təhlükə ilə üz-üzə qoymaq və qanunla nəzərdə tutulan qayğı öhdəliyini yerinə yetirməmək maddələri üzrə araşdırma aparılır.

İnsidentə baxmayaraq, kruiz gəmisi səfərini davam etdirib. Hadisə ilə bağlı araşdırmanı Korfu Mərkəzi Liman İdarəsi aparır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır