Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

Qdansk limanında balkerdə güclü yanğın baş verib

Polşanın Qdansk limanında “Sion Star” balkerində güclü yanğın baş verib.

“Seanews.az” xəbər verir ki, yanğın Panama bayrağı altında üzən 237 152 dedveytlik gəmiyə metal qırıntıları yüklənən zaman qeydə alınıb. Yanğının yük anbarlarında sıx şəkildə yığılmış metal qırıntıları arasında başlaması alovun söndürülməsini çətinləşdirib.

Hadisə yerinə təxminən 100 yanğınsöndürən, 27 xüsusi texnika və yanğınsöndürmə gəmiləri cəlb olunub. Ehtiyat tədbiri olaraq gəminin yanacaq çənləri soyudulub, istilik kameraları ilə alovun mənbəyi müəyyənləşdirilib.

Yanğın yerinə çatmaq üçün yükün bir hissəsinin boşaldılmasına qərar verilib. Dövlət Yanğın Xidmətinin məlumatına görə, alovun yayılmasının qarşısı alınıb, daha sonra isə tam söndürülüb. Yükün boşaldılması işləri isə davam etdirilir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır