Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

Əl-Hudeydə limanı yaxınlığında yük gəmisinə hücum edilib

Yəmənin Əl-Hudeydə limanı yaxınlığında üzən yük gəmisinə silahlı şəxslərin hücum etdiyi bildirilir.

“Seanews.az” xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, hadisə iyulun 6-da UTC ilə saat 07:20 radələrində qeydə alınıb.

Yük gəmisinin kapitanı Əl-Hudeydədən təxminən 30 dəniz mili cənub-qərbdə yerləşən mövqedən həyəcan siqnalı göndərərək gəminin naməlum silahlı şəxslərin hücumuna məruz qaldığını bildirib.

Hücumun arxasında kimin dayandığı açıqlanmayıb. İnsidentin baş verdiyi əraziyə husilər nəzarət etdiyindən, bunun adi dəniz quldurluğu hadisəsi olma ehtimalının aşağı olduğu qeyd edilir. Gəminin hansı ölkəyə məxsus olduğu da hələ açıqlanmayıb.

Bununla yanaşı, son həftələr Yəmənin Bəlhaf sahilləri yaxınlığında, Ədən körfəzində də bir sıra təhlükəsizlik insidentləri qeydə alınıb. İyunun ortalarından etibarən bir neçə ticarət gəmisinə yaxınlaşma, gəmiyə çıxmağa cəhd və silahlı hücumlar barədə məlumat verilib. Bəzi hallarda gəmi heyətinin silahlı mühafizəçiləri hücumları dəf etməyə müvəffəq olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır