Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

“FortiBleed” məlumat sızması dənizçilik şirkətlərinə də təsir edib

Kiber təhlükəsizlik şirkəti “Cydome” bildirib ki, “FortiBleed” məlumat sızması nəticəsində 250-dən çox dənizçilik şirkətinin, eləcə də liman və enerji sektorunda fəaliyyət göstərən müəssisələrin “Fortinet” təhlükəsizlik qurğularına aid administrator hesabları və giriş məlumatları ifşa olunub.

“Seanews.az” xəbər verir ki, şirkətin araşdırmasına görə, 194 ölkədə 86 mindən çox “Fortinet” təhlükəsizlik qurğusuna aid administrator məlumatları sızdırılıb. Sızan məlumatlar arasında dəniz peyk rabitəsi xidmətləri ilə əlaqəli 703 IP ünvanı da yer alıb.

Təsirə məruz qalan dənizçilik şirkətlərinin əksəriyyətini gəmi sahibləri və gəmi idarəetmə şirkətləri təşkil edir. “Cydome”un məlumatına görə, sızdırılan giriş məlumatlarının 41,5 faizi yükdaşıma və logistika şirkətlərinə, 31,2 faizi dənizdə fəaliyyət göstərən podratçı və xidmət şirkətlərinə, 10,7 faizi gəmiqayırma və təmir müəssisələrinə, 6,7 faizi isə liman idarələri və logistika şirkətlərinə məxsus olub.

Mütəxəssislər bildirirlər ki, bir çox təşkilat proqram təminatını yeniləsə də, köhnə administrator parollarını tam ləğv etmədiyi üçün hücumçular həmin məlumatlardan istifadə edərək sistemlərə icazəsiz giriş əldə edə bilirlər.

ABŞ-nin Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) təşkilatlara administrator və VPN sessiyalarını dayandırmağı, bütün parolları dəyişməyi, çoxmərhələli autentifikasiyanı aktivləşdirməyi və sistemlərdə mümkün icazəsiz giriş əlamətlərini yoxlamağı tövsiyə edib.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır