Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

Norveç İkinci Dünya müharibəsindən qalan batmış sualtı qayıqdan civə sızması təhlükəsi barədə xəbərdarlıq edib

Norveç Sahil Administrasiyası İkinci Dünya müharibəsi zamanı batmış Almaniyaya məxsus U-864 sualtı qayığından ətraf sulara civə sızmasının başladığını açıqlayıb.

“Seanews.az” xəbər verir ki, məlumata görə, 1945-ci ildə Norveç sahillərində batan sualtı qayıq göyərtəsində təxminən 60 ton civə daşıyırmış. Hazırda onun qalıqlarından dəniz mühitinə civə sızdığı, bunun isə vəhşi balıq ehtiyatları və bölgədəki qızılbalıq təsərrüfatları üçün təhlükə yaratdığı bildirilir.

Qurumun məlumatına əsasən, dəniz dibində civə izləri aşkarlanıb, bəzi balıq və xərçəngkimilərdə isə çirklənmə əlamətləri qeydə alınıb. Mütəxəssislər sızmanın əvvəlcədən gözlənildiyindən daha ciddi olduğunu bildirirlər.

Hazırda sızmanın qarşısının alınması yolları araşdırılır. Müzakirə olunan variantlar arasında sualtı qayığın dənizin dibindən qaldırılması və ya qalıqların qumla örtülərək izolyasiya edilməsi yer alır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır