Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

Argentina sualtı qayığı faciəsinə görə yüksək rütbəli hərbi dəniz qüvvələri rəsmisi təqsirli bilinib

Argentinada federal məhkəmə 2017-ci ildə “ARA San Juan” sualtı qayığının batması və 44 nəfərlik heyətin həlak olması ilə bağlı ölkənin Hərbi Dəniz Qüvvələrinin Sualtı Qayıqlar Komandanlığının keçmiş rəisi, kapitan Klaudio Xavyer Vilyamideni mühakimə edib.

“Seanews.az” xəbər verir ki, məhkəmə onu vəzifə səhlənkarlığında və ehtiyatsızlığa görə ölümlə nəticələnən faciəyə səbəb olmaqda təqsirli bilib.

İstintaq materiallarına əsasən, sualtı qayıq hərbi təlimə gedərkən akkumulyator sistemində yaranmış nasazlıq barədə son radio məlumatını verib və bundan sonra onunla əlaqə kəsilib.

Gəminin qalıqları bir il sonra Atlantik okeanında 900 metrdən çox dərinlikdə aşkar edilib. Mütəxəssislər sualtı qayığın icazə verilən maksimum dərinliyi aşdıqdan sonra daxilə doğru çökmə (imploziya) nəticəsində məhv olduğunu bildiriblər.

2019-cu ildə dərc olunan parlament hesabatında isə Hərbi Dəniz Qüvvələri rəhbərliyinin uzun müddətdir aradan qaldırılmayan texniki nasazlıqlara baxmayaraq sualtı qayığın istismarını davam etdirdiyi, bunun da faciəyə səbəb olduğu qeyd edilib. Keçmiş komandir ittihamları qəbul etmir və özünü təqsirsiz hesab edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır