Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

Türkiyədə iki aya yaxın saya oturmuş yük gəmisi xilas edilib

Türkiyənin Sakarya vilayətinin Karasu sahillərində təxminən iki aya yaxın saya oturmuş “NINOVA” yük gəmisi uğurlu xilasetmə əməliyyatı nəticəsində yenidən üzdürülüb.

“Seanews.az” xəbər verir ki, Kamerun bayrağı altında üzən, 80 metr uzunluğunda olan gəmi mayın 1-də güclü fırtına və əlverişsiz hava şəraiti səbəbindən saya oturmuşdu.

Karasu Sahil Mühafizəsi Komandanlığının nəzarəti ilə iyulun 7-də başlayan əməliyyat çərçivəsində gəmidəki 1 775 ton ammonium-sulfat yükü “Bahri Reis-III” nəqliyyat gəmisinə boşaldılıb. Daha sonra yük Karasu limanına çatdırılaraq yük avtomobilləri ilə təhlükəsiz əraziyə daşınıb.

Yük tam boşaldıldıqdan sonra aparılan texniki tədbirlər nəticəsində gəmi qumlu sahədən çıxarılaraq yenidən üzdürülüb. Bütün yoxlamalar başa çatdıqdan sonra “NINOVA” Qara dənizə çıxarılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır