Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

IMO Şurası Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə dəstəyini bir daha bəyan edib

Beynəlxalq Dəniz Təşkilatının (IMO) Şurası 137-ci sessiyasının yekununda qəbul etdiyi qətnamə ilə beynəlxalq hüquqa uyğun olaraq gəmiçilik azadlığının və dənizçilərin təhlükəsizliyinin qorunmasının vacibliyini bir daha vurğulayıb.

“Seanews.az” xəbər verir ki, Şura Hörmüz boğazında və ətrafında mülki  ticarət gəmilərinə qarşı hücumları qətiyyətlə pisləyərək Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb.

Qətnamədə beynəlxalq gəmiçilik üçün istifadə olunan boğazlardan tranzit keçid hüququnun məhdudlaşdırılmamalı, maneəsiz və ayrı-seçkiliyə yol verilmədən təmin edilməli olduğu qeyd edilib.

Bununla yanaşı, sahilyanı dövlətlərin mühüm gəmiçilik marşrutlarında hərəkəti tənzimləyən tədbirlərinin yalnız IMO-nun Dənizdə İnsan Həyatının Mühafizəsi haqqında Beynəlxalq Konvensiyasının (SOLAS) tələblərinə uyğun həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Şura həmçinin IMO-nun Baş katibinə Hörmüz boğazında təhlükəsiz və maneəsiz gəmiçiliyin bərpası üçün sahilyanı dövlətlər, üzv ölkələr və dənizçilik sənayesi ilə əməkdaşlıq imkanlarını araşdırmağı tapşırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır