Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

Antverpen limanında təhlükəli kimyəvi sızma iki konteyner terminalının fəaliyyətini dayandırıb

Belçikanın Antverpen-Brügge limanında konteynerdən hidroflüor turşusunun sızması nəticəsində iki iri konteyner terminalının fəaliyyəti müvəqqəti dayandırılıb.

“Seanews.az” xəbər verir ki, hadisə səbəbindən “DP World Antwerp Gateway” və “MPET” terminallarında əməliyyatlar dayandırılıb, yaxınlıqdakı su yollarında isə gəmi hərəkəti məhdudlaşdırılıb.

Liman rəhbərliyinin məlumatına görə, sızma “Mia Summer II” konteyner gəmisində yük əməliyyatları zamanı baş verib. Zəhərli buxara məruz qalan 28 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri reanimasiya şöbəsində müalicə olunur.

Sonradan “DP World Antwerp Gateway” terminalında fəaliyyət bərpa edilsə də, “MPET” terminalı bağlı qalıb. Hadisə ilə bağlı Belçika prokurorluğu cinayət işi açıb və araşdırma aparır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır