Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

DDLA azərbaycanlı dənizçilərə çağırış edib

“Qara və Azov dənizləri hövzəsində, habelə Hörmüz boğazı və Fars körfəzində təhlükəsizlik risklərinin yüksək olduğunu nəzərə alaraq  Azərbaycan dənizçilərini öz həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırırıq.”

“Seanews.az” xəbər verir ki, Dövlət Dəniz və Liman Agentliyinin yaydığı məlumatda belə deyilir.   

“Müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərə razılıq verməzdən əvvəl mövcud riskləri diqqətlə qiymətləndirmələrini,  rəsmi qurumların təhlükəsizliklə bağlı xəbərdarlıq və təlimatlarını  nəzərə almalarını, habelə  mümkün olduğu hallarda belə səfərlərdən çəkinmələrini tövsiyə edirik”, - deyə çağırışda vurğulanır.

DDLA eyni zamanda gəmiçilik şirkətlərini və aidiyyəti qurumları dənizçilərin həyat və təhlükəsizliyini prioritet hesab etməyə, onları müharibə riskinin yüksək olduğu bölgələrə göndərərkən bütün təhlükəsizlik tədbirlərini görməyə və mümkün olduqda belə marşrutlardan istifadə etməməyə səsləyir:  

“Bütün dənizçilərimizi ehtiyatlı olmağa, özlərinin və ailələrinin təhlükəsizliyini düşünməyə və müharibə zonalarından uzaq durmağa çağırırıq.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır