Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

“ZERO44”: Aşağı karbonlu yanacaq gəmi sahiblərinə əlavə gəlir qazandıra bilər

Almaniyanın karbon idarəetmə platforması “ZERO44” bildirib ki, aşağı karbonlu bioyanacaqlardan istifadə yalnız ekoloji tələblərə əməl etməyə deyil, həm də gəmi sahiblərinin əlavə gəlir qazanmasına imkan verir.

“Seanews.az” xəbər verir ki, şirkətin yeni hesabatına görə, dəniz qazoylunun (MGO) B100 biodizeli ilə əvəzlənməsi nəticəsində yaranan emissiya azalmaları "FuelEU Maritime", Avropa İttifaqının Emissiya Ticarəti Sistemi (EU ETS) və könüllü karbon bazarı kimi müxtəlif mexanizmlər vasitəsilə gəlirə çevrilə bilər. Hesablamalara əsasən, hər əvəz olunan ton ənənəvi yanacaq üçün xalis gəlir 492 avroya çata bilər.

Bununla yanaşı, “ZERO44” vurğulayır ki, eyni emissiya azaldılması həm normativ tələblərin yerinə yetirilməsi, həm də könüllü karbon bazarında satış üçün istifadə edilə bilməz.

Şirkət hesab edir ki, bioyanacaq xərclərinin geri qaytarılması üçün gəmi operatorları yalnız bir mexanizmə deyil, bir neçə gəlir mənbəyinə eyni vaxtda diqqət yetirməlidirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır