Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

Dənizçi şəhid ailələrinə həsr olunan layihənin ilk tədbiri baş tutub

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində ilk tədbirini keçirib.

"Seanews.az" xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən tədbir "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasında (DND) təşkil olunub. Tədbirdə dənizçi şəhid ailələri, müharibə iştirakçıları və DND əməkdaşları iştirak ediblər.

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Dünya” TV-nin layihə rəhbəri, Prezident təqaüdçüsü, şair Şərafəddin İlkin, ekspert Fuad Hüseynzadə, eləcə də ASCO və Dəniz Nəqliyyatı Donanmasının rəhbər heyəti iştirak edib.

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin İdarə Heyətinin sədri, layihə rəhbəri, gəmi kapitanı və şair Faiq Balabəyli çıxışında layihənin məqsədi və əhəmiyyəti barədə məlumat verib. 

Millət vəkili Vüqar Rəhimzadə, şair Şərafəddin İlkin və ekspert Fuad Hüseynzadə layihənin əhəmiyyətini yüksək qiymətləndirərək, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının davamlı xarakter daşıdığını, bu istiqamətdə həyata keçirilən ictimai təşəbbüslərin xüsusi önəm kəsb etdiyini vurğulayıblar.

ASCO-nun İdarə Heyəti sədrinin müşaviri Elvin Cəfərov, Sosial inkişaf və nəqliyyat departamentinin rəisi İlqar Oruclu, Dəniz Nəqliyyatı Donanmasının rəisinin birinci müavini Elman Cavadov və Donanmanın baş mühəndisi Mikayıl Osmanov çıxışlarında ASCO-da şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Onlar həmçinin “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin layihəsini yüksək qiymətləndirərək, bu kimi təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd ediblər.

Dənizçi şəhid ailələri adından çıxış edən şəhid Elşən Əliyevin anası Flora Əliyeva, şəhid Yaşar Səfərovun qızı Sevda Səfərova və şəhid xanımı Rəhilə Quliyeva göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, ASCO-ya və “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinə təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda Faiq Balabəyli qeyd edib ki, “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində ümumilikdə dörd tədbirin keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində dənizçi şəhid ailələrinin sosial, hüquqi və mədəni maarifləndirilməsi istiqamətində mütəxəssis və ekspertlərin iştirakı ilə görüşlər təşkil olunacaq, eyni zamanda dövlətin şəhid ailələri və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması sahəsində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır