Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi (DSD İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti tədbirini keçirib.

“Dənizçi şəhid ailələri ilə iş” adlı layihə ASCO-nun Nabran qəsəbəsində yerləşən “Dənizçi” İstirahət Mərkəzində həyata keçirilib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə dənizçi şəhid ailələri, müharibə iştirakçıları, eləcə də 20 Yanvar şəhidləri İlham və Fərizə Allahverdiyevlərin ailə üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DSD İB-nin İdarə Heyətinin sədri, layihə rəhbəri, gəmi kapitanı və şair Faiq Balabəyli layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, dənizçilərimiz ölkə iqtisadiyyatının möhkəmlənməsində mühüm rol oynadıqları kimi, torpaqlarımızın işğaldan azad olunmasında və ərazi bütövlüyümüzün təmin edilməsində, Azərbaycanın müasir tarixinin ən mühüm mərhələlərində böyük qəhrəmanlıq nümunələri göstəriblər.

Tədbirdə iştirak edən ASCO-nun Sosial inkişaf və nəqliyyat Departamentinin rəhbəri İlqar Oruclu, “Dənizçi” İstirahət Mərkəzinin direktoru Cahangir Balakişiyev, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə, 20 Yanvar hadisələri zamanı şəhid olan İlham və Fərizə Allahverdiyevlərin yaxın qohumları, şəhid dənizçi ailələrinin üzvləri və qazi dənizçilər çıxışlarında dənizçi şəhid ailələri və müharibə iştirakçılarına yönəlmiş dövlət siyasətinin tərkib hissəsi kimi ASCO-nun apardığı siyasətdən bəhs ediblər.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib və iştirakçılara hədiyyələr təqdim olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır