Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

“Üzeyir Hacıbəyli” gəmisi əsaslı təmir olunub

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Üzeyir Hacıbəyli” quru yük gəmisinin əsaslı təmiri yekunlaşıb.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasoslar) təmir olunub. Eyni zamanda gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.

Bundan başqa, gəminin sualtı və suüstü hissələri abraziv qumla tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

“Üzeyir Hacıbəyli” gəmisinin uzunluğu 108,33, eni 16,74 metrdir, yükgötürmə qabiliyyəti isə 5 200 tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır