Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Almaniya dənizə çıxışı olmayan ölkələrə LNG terminalları vasitəsilə qaz almağa kömək edəcək

Almaniya dənizə çıxışı olmayan ölkələrə LNG terminalları vasitəsilə qaz almağa kömək edəcək.

“Seanews.az” xəbər verir ki,  bunu bazar ertəsi Berlində Almaniya kansleri Olaf Şolz Slovakiyanın baş naziri Eduard Heqerlə görüşdən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

“Biz (Aİ) qaz şəbəkəsini hamı üçün əlçatan etməliyik ki, bir-birimizə kömək edə bilək”.

"Almaniya bütün dünyadan gəmi ilə qaz idxal edə bilməyimiz üçün infrastruktur qurmaq qərarına gəlib. Bu sərmayə, dənizə çıxışı olmayan ölkələr üçün bu nəqliyyat marşrutları vasitəsilə qaz idxalını mümkün edəcək".

Almaniyanın iqtisadiyyat naziri Robert Habekin daha əvvəl qeyd etdiyi kimi, ilin sonuna qədər ölkənin maye qazın qəbulu üçün iki üzən qurğusu, 2023-cü ilin mayına qədər isə daha ikisi olacaq. Onların ümumi illik gücü 33 milyard kubmetr qaz həcmində qiymətləndirilir. Müqayisə üçün deyək ki,  “Şimal axını 1” Almaniyaya 60 milyard kubmetr qaz verir, respublika isə ildə 90 milyard kubmetr qaz istehlak edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır