Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-20,
Seanews
Heyder Eliyev

Səudiyyə Ərəbistanı sahillərində kiçik qayıqdan tankerə qumbaraatanla hücum edilib

Səudiyyə Ərəbistanının Əl-Cübeyl limanından təxminən 78 dəniz mili şimal-şərqdə kiçik qayıqdan atılan qumbaraatan mərmisi neft tankerinə dəyib. Gəminin arxa hissəsinin sol bortunda zədələnmə qeydə alınıb, ekipaj üzvlərinin hamısının təhlükəsiz olduğu bildirilir.

“Seanews.az” xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, hücum oktyabrın 17-də baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır. Gəmiyə dəymiş zərərin tam miqyası və ətraf mühitə mümkün təsiri hələ müəyyənləşdirilməyib. Tankerin adı, bayrağı və hücum edənlərin kimliyi açıqlanmayıb.

UKMTO bölgədə üzən gəmiləri ehtiyatlı olmağa və şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır