Dənizçilik tarixinə səyahət: "Suraxanı" gəmi-muzeyinə maraq artır
“Suraxanı” gəmi-muzeyi medianın marağını cəlb etməkdə davam edir. Muzey bu dəfə “Mədəniyyət TV”nin diqqət mərkəzində olub.
Telekanalın “Səhər çağı” verilişi gəmi-muzeydən maraqlı reportaj hazırlayıb. Videomaterial “Suraxanı”nın zəngin ekspozisiyası haqda məlumat verməklə yanaşı, dünyanın ilk tanker muzeyini hələ də görməyənləri tez bir zamanda ziyarətə təşviq edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

