Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Aİ Rusiya neftinin daşınmasında iştirak edən Hindistan şirkətini sanksiya siyahısına daxil edib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində Hindistanın Mumbay şəhərində yerləşən gəmi idarəetmə şirkətinə və daha doqquz şirkətə məhdudiyyətlər tətbiq edib.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Sanksiyalar Rusiya nefti və neft məhsullarının daşınmasında, eləcə də dənizdə qanunsuz gəmidən-gəmiyə neft köçürmələrində iştirakla əlaqələndirilir.

Sanksiyalara məruz qalan şirkətlərdən biri olan “Vigor Marine Services LLP” iki gəmisinin Rusiya enerji məhsullarını daşıması səbəbindən siyahıya daxil edilib. Məhdudiyyətlər həmçinin gəmi mövqeyini göstərən avtomatik identifikasiya sisteminə (AIS) müdaxilə və sığorta xidmətlərinin göstərilməsi kimi fəaliyyətləri əhatə edir.

Aİ Rusiyanın “kölgə” donanmasının fəaliyyətinə dəstək göstərməkdə şübhəli bilinən şəxslərə və şirkətlərə qarşı aktivlərin dondurulması, maliyyələşmə imkanlarının məhdudlaşdırılması və vizaların ləğvi kimi tədbirlər də tətbiq edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır