Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-20,
Seanews
Heyder Eliyev

ABŞ sanksiyalı tankerlərin qanuni fəaliyyətə qaytarılması üçün prosedur hazırlayır

ABŞ administrasiyası sanksiyalara məruz qalan neft tankerlərinin qanuni fəaliyyətə qaytarılmasına və sanksiya tətbiq edilməyən neftin daşınmasında istifadəsinə imkan yaratmağa çalışır.

“Seanews.az” xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt Nyu-Yorkda keçirilən tədbirdə bildirib.

Nazirin sözlərinə görə, hökumət istismardan kənarda qalmış sanksiyalı tankerləri satın alan, təmir etdirən və qanuni daşımalar üçün istifadəyə hazırlayan investorlarla əməkdaşlıq edir. Məqsəd gəmilərə rəsmi status verməkdir. Rayt bunu sanksiyaların ləğvi deyil, tankerlərin qanuni fəaliyyətə keçirilməsi kimi izah edib.

Rayt dünyada “kölgə donanması”na aid təxminən 1 600 tanker olduğunu bildirib. Onun fikrincə, bu təşəbbüs nəticəsində onlarla, hətta yüzlərlə tanker qanuni fəaliyyət göstərən donanmaya qoşula bilər.

Təşəbbüs İranla müharibə və Hörmüz boğazında gəmiçiliyin faktiki dayanması səbəbindən neft tədarükündə yaranan fasilələr fonunda irəli sürülüb. Böhran neft daşımalarının qiymətini də kəskin artırıb: Fars körfəzindən Şərqi Asiyaya neft daşınmasının dəyəri münaqişədən əvvəlki dövrlə müqayisədə altı dəfədən çox yüksəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır