Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-20,
Seanews
Heyder Eliyev

Hörmüz boğazı yaxınlığında yedək gəmisi hücuma məruz qalıb

Hörmüz boğazının girişində, Musəndəm yarımadasının şərqində yedək gəmisinə naməlum mərmilərlə hücum edilib. Hadisə nəticəsində ekipaj üzvlərindən biri yüngül xəsarət alıb.

“Seanews.az” xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, hadisə bazar günü baş verib.  Zədələnməsinə baxmayaraq, gəmi səfərini davam etdirə bilib.

“Vanguard Tech” gəminin Niderland bayrağı altında üzən “JIF Barracuda” yedək gəmisi olduğunu müəyyən edib.

Son həftələrdə Hörmüz boğazı və ətrafında təkcə tankerlər deyil, digər ticarət gəmiləri də hücum riskləri ilə üzləşir. Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominquez təhlükəsizliyə zəmanət verilənədək bu marşrut üzrə gəmi hərəkətinin dayandırılmasının vacibliyini vurğulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır