“Hapag-Lloyd”un istismarında oaln konteyner gəmisi yanğından sonra Atlantik okeanında tərk edilib
Sinqapur bayrağı altında üzən “Espirito Santos Express” konteyner gəmisində Sinqapurdan Braziliyanın Santos limanına səfər zamanı partlayış və yanğın baş verib. Hadisədən sonra ekipaj gəmini tərk edib, hazırda gəmi Atlantik okeanında nəzarətsiz vəziyyətdə sürüklənir.
“Seanews.az” xəbər verir ki, Almaniyanın “Hapag-Lloyd” gəmiçilik şirkəti oktyabrın 16-da hadisə barədə məlumat yayıb. Şirkətin bildirdiyinə görə, gəminin əsas sahibi və idarəedicisi olan “Seaspan” bütün ekipaj üzvlərinin təhlükəsiz olduğunu təsdiqləyib. Yaxınlıqdakı gəmilər də təhlükə siqnalına cavab verərək köməyə gəlib.
Hadisənin səbəbi, yanğının yük bölməsində, yoxsa mühərrik otağında başlaması hələ məlum deyil. Gəmiyə və yükə dəymiş mümkün zərər araşdırılır. “Hapag-Lloyd” ilə yanaşı, “Ocean Network Express” (ONE) və MSC şirkətlərinin də gəmidə yükləri olub.

