Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

"Azəri Mərkəzi Şərqi" platforması üzrə işlər 86% tamamlanıb

2023-cü ilin birinci rübünün sonuna "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda" Azəri Mərkəzi Şərqi" ACE layihəsi üzrə işlər ümumilikdə 86% tamamlanıb.

Bu barədə bp məlumat verib.

ACE platformasının dayaq blokunun sualtı konstruksiyalarının və qovşaqlarının quraşdırılması işləri hazırda 94% tamamlanıb.

ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib. Hazırda tikinti işlərinin və sahə istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu işlərin 2023-cü ilin ikinci rübündə başa çatacağı gözlənilir.

Bütün istismar sınaqları bitdikdən sonra üst modullar STB-1 daşıma barjasına yüklənəcək, dənizə göndəriləcək və AÇG yatağı sahəsində artıq öz yerində olan dayaq blokunun üzərinə quraşdırılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır