Neft tankerləri Venesuela limanlarını yalnız ABŞ-ın icazəsi ilə tərk edəcək
Yalnız ABŞ tərəfindən təsdiqlənmiş neft tankerlərinə Venesuela limanlarını tərk etməyə icazə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt məlumat verib.
Onun sözlərinə görə, Prezident Donald Tramp bunu açıq şəkildə bildirib: “Venesueladan yalnız ABŞ tərəfindən icazə verilən neft tankerləri yola düşəcək və biz dövlətə məxsus olmayan gəmiləri ələ keçirməyə davam edəcəyik”.
Mətbuat katibi, həmçinin qeyd edib ki, ABŞ Venesuelada seçkilərin təşkili ilə bağlı müzakirələrin aparılması üçün hələ tez olduğunu düşünür. Eyni zamanda, Levitt bildirib ki, Venesuela hakimiyyəti müvəqqəti prezident Delsi Rodriqezin rəhbərliyi altında əməkdaşlığa hazırdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

