Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-27,
Seanews
Heyder Eliyev

Meksika körfəzindəki neft sızmasının “Pemex”in sualtı boru kəmərindən qaynaqlandığı məlum olub

Meksika körfəzində sahillərin çirklənməsinə və ekoloji fəlakətə səbəb olan neft sızmasının dövlət şirkəti "Pemex"ə məxsus sualtı boru kəmərindən qaynaqlandığı təsdiqlənib.

“Seanews.az” xəbər verir ki, şirkətin icraçı direktoru Viktor Rodriqez araşdırmalar nəticəsində sızmanın "Abkatun" dəniz platforması yaxınlığındakı boru kəmərində baş verdiyini açıqlayıb. Hadisə ilə əlaqədar üç əməkdaş işdən azad edilib.

Sızan xam neftin dəqiq həcmi hələ müəyyənləşdirilməsə də, ekoloqlar körfəzə 800 tona yaxın karbohidrogenin axdığını təxmin edirlər. Çirklənmə Meksikanın cənubundakı Tabasko ştatından şimaldakı Tamaulipasa qədər geniş bir ərazini əhatə edib.

Bu hadisə son illərdə tez-tez baş verən qəza və partlayışlarla gündəmə gələn "Pemex"in ekoloji imicinə növbəti zərbə olub. Hazırda 85 milyard dollardan çox borcu olan və hasilatın azalması ilə mübarizə aparan şirkət üçün bu sızıntı maliyyə və idarəetmə böhranını daha da dərinləşdirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır