Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-16,
Seanews
Heyder Eliyev

LNG sənayesində tarixi rekord: Dünyanın ilk "yaşıl" mayeləşdirmə modulu sahəyə çatdırıldı

Kanadanın Britaniya Kolumbiyası sahillərində inşa edilən "Woodfibre LNG" layihəsi dənizçilik və enerji logistikası tarixində yeni bir səhifə açır. Layihənin "döyünən ürəyi" hesab olunan və texnoloji göstəricilərinə görə analoqu olmayan nəhəng modul tikinti sahəsinə uğurla çatdırılıb.

“Seanews.az” xəbər verir ki, yeni mayeləşdirmə modulu 10,847 metrik ton çəkisi ilə layihənin indiyədək qəbul etdiyi ən ağır və ən böyük komponenti kimi qeydə alınıb.

Nəhəng modulun tutduğu sahə təxminən bir futbol meydançası ölçüsündədir ki, bu da onun logistik daşınmasını mürəkkəb mühəndislik əməliyyatına çevirib.

"Woodfibre LNG" terminalı, mayeləşdirmə prosesində qaz turbinləri əvəzinə tamamilə bərpa olunan enerji ilə işləyən elektrik ötürücülü (E-drive) mühərriklərdən istifadə edən dünyanın ilk LNG ixrac obyekti olacaq.

Bu, ümumilikdə 19 moduldan ibarət olan layihənin sayca 15-ci moduludur. Modulun əsas vəzifəsi təbii qazı -162°C dərəcəyə qədər soyudaraq maye halına salmaqdır.

Layihə rəhbərliyinin verdiyi məlumata görə, qalan 4 modulun bu yazın sonunadək sahəyə gətirilməsi planlaşdırılır. 2,1 milyon ton illik istehsal gücü olacaq terminalın tam istismara verilməsi isə 2027-ci ilə hədəflənib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır