Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Norveç hökuməti dərin dəniz hasilatı işlərinə başlamaq niyyətindədir

 

Norveç hökuməti maqnezium, kobalt, mis, nikel kimi faydalı qazıntıların hasilatına başlamağa qərar verib. Bu faydalı qazıntılar batareyalarda, telefonlarda, elektrikli avtomobillərdə və külək turbinlərində istifadə olunur və "yaşıl" iqtisadiyyata keçid üçün vacib hesab edilir.

AZƏRTAC xəbər verir ki, qazıntı işlərinin aparılacağı ərazi Norveçdən çox kənarda Barens və Qrenland dənizlərində yerləşir və ölkə ərazisinin təxminən dörddə üçünü təşkil edir.

Hasilat haqqında rəsmi qərarın gələn ilin əvvəlində veriləcəyi gözlənilir, lakin Norveçin hazırkı planları Aİ-də etirazlara səbəb olub: Avropanın hər yerindən olan 119 millət vəkili stortinqə (Norveç parlamenti) məktub yazaraq siyasətçiləri dənizin dibində faydalı qazıntıların işlənməsindən imtina etməyə çağırıb.

Məktubda qeyd olunur ki, bütün dünyadan olan alimlər, ətraf mühit təşkilatları və siyasətçilər həm biomüxtəlifliyin itirilməsi, həm də dəniz dibi hasilatının səbəb ola biləcəyi iqlim dəyişikliyinin artması riskləri barədə xəbərdarlıq edirlər. Avropalı millət vəkilləri həmçinin, Norveçin təsdiq etmək niyyətində olduğu hasilatın bölgədəki balıqçılıq və dəniz ekosistemlərinə necə təsir edəcəyindən də narahatdırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır