Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən 625 milyon tondan çox neft nəql edilib

Cari ilin yanvar-noyabr ayları üzrə ölkədə 27,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, Respublika üzrə neft hasilatının 16,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,24 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,1 milyon ton təşkil edib.

Hesabat dövründə 23,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 20,2 milyon tonu konsorsiumun, 2,9 milyon tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il dekabrın 1-dək 627,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 583,3 milyon ton neft, “Şahdəniz”dən isə 44,1 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 625,4 milyon tonu ixraca nəql edilib.

Ölkədə neftin emalı 2023-cü ilin yanvar-noyabr ayları üzrə 6 milyon tona yaxın təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır