Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Hindistanda iki tankerin üzən LNG anbarına çevrilməsi planlaşdırılır

Gəmiçilik şirkətləri konsorsiumu “India LNG Transport Co.” Hindistanda yanacağa artan tələbatı ödəmək üçün iki mayeləşdirilmiş təbii qaz tankerini üzən anbarlara çevirməyi düşünür.

“Seanews.az” xəbər verir ki, “Petronet LNG Ltd.” şirkəti hazırda Qətərdən LNG idxal etmək üçün hər birinin tutumu 138 000 kubmetr olan gəmiləri istismar edir, lakin şirkətin 2028-ci ildən sonra icarə müddətini yeniləmək planları yoxdur.

“Consortium India LNG Transport Co.” gəmilər Cənubi Koreyada modernləşdirildikdən sonra onlardan Hindistanın şərq sahillərində istifadə edə bilər.

Hazırda Hindistan dünyanın dördüncü ən böyük LNG alıcısıdır və Baş nazir Narendra Modinin enerji bölgüsündə qazın payını bugünkü 7%-dən 2030-cu ilədək 15%-ə çatdırmaq məqsədinə nail olmaq üçün idxal infrastrukturuna böyük sərmayə qoyur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır