Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-17,
Seanews
Heyder Eliyev

Türkiyə gəmisi Somali sahillərində geoloji kəşfiyyat işləri aparacaq

Sentyabrda Somaliyə gələcək Türkiyə gəmisi neft quyusunun qazılması üçün uyğun əraziləri araşdıracaq.

“Seanews.az” xəbər verir ki, bunu Somalinin neft və mineral ehtiyatlar naziri Abdirsak Ömər Məhəmməd söyləyib.

“Gəmi iki-üç ay neft kəşfiyyatına sərf edəcək, sonra isə ümid edirik ki, 2025-ci ilin əvvəlində ölkədə qazma işlərinə başlanılacaq”, - nazir bildirib.

2024-cü il iyulun 18-də Ankarada Somali Federal Hökuməti Türkiyə hökuməti ilə neft ehtiyatlarının işlənməsi və istifadəsi haqqında saziş bağlayıb. Sazişin 2024-cü ilin son aylarında qüvvəyə minməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır