Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-14,
Seanews
Heyder Eliyev

Türkiyə və Pakistan dəniz zonasında birgə geoloji kəşfiyyat işlərini planlaşdırır

Türkiyənin Dövlət Neft Şirkəti - TPAO və Pakistanın üç neft-qaz şirkəti Pakistanın 40 dəniz blokunda neft və qaz kəşfiyyatı üzrə tenderdə iştirak etmək üçün birgə təklif hazırlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə razılıq Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın İslamabada səfəri çərçivəsində əldə olunub.

Pakistan tərəfdən layihədə “Mari Energies”, “OGDCL” və “PPL” iştirak edəcək.

Pakistanın dəniz zonasında neft və qaz kəşfiyyatı üçün tender 2025-ci il iyun 30-da elan ediləcək.

Türkiyənin enerji naziri sazişi Ankara ilə İslamabad arasında enerji tərəfdaşlığının dərinləşdirilməsi istiqamətində növbəti addım adlandırıb.

Onun sözlərinə görə, razılıq bütün regionun enerji təhlükəsizliyinə töhfə verəcək.

Türkiyə daha əvvəl Somalinin dəniz zonasında geoloji kəşfiyyat işləri ilə bağlı razılıq əldə edib. Bu istiqamətdə işlər “Oruç Rəis” seysmik tədqiqat gəmisinin iştirakı ilə davam etdirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır