Şimal dənizində iki yeni qaz və kondensat yatağı kəşf edilib
Norveçin neft-qaz istehsalçısı “Equinor” şirkəti Şimal dənizində iki yeni qaz və kondensat yatağı kəşf edib.
AZƏRTAC şirkətin yaydığı məlumata istinadla xəbər verir ki, bu, “Equinor”un cari il ərzində ən böyük kəşfiyyat nəticəsidir və sözügedən yataqlar mövcud infrastruktur vasitəsilə Avropa bazarı üçün istismara verilə bilər.
İlkin qiymətləndirmələr göstərir ki, rezervuarlarda bərpa oluna bilən neft ekvivalentləri təxminən 5–18 milyon standart kubmetr həcmində ola bilər ki, bu da 30–110 milyon barelə bərabərdir. Kəşflər “Equinor”un operatoru olduğu “Sleipner” yatağı yaxınlığında qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

